Struktur

Ümumi Yığıncaq

Mediasiya Şurasının ali idarəetmə orqanı 2 ildə bir dəfədən az olmayaraq çağırılan üzvlərin Ümumi Yığıncağıdır.

Müşahidə Şurası

Mediasiya Şurasının İdarə Heyətinə nəzarət etməsi üçün Şura yaradıldıqdan sonra 2 il ərzində fəaliyyət göstərəcək, 5 üzvdən ibarət Müşahidə Şurası yaradılmışdır. Müşahidə Şurası İdarə Heyəti yaradılanadək İdarə Heyətinin funksiyalarını həyata keçirir. Müşahidə Şurasının üzvləri Azərbaycan Respublikası Məhkəmə və Hakimləri Assosiasiyaları İttifaqı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən irəli sürülmüş şəxslərdən və müstəqil namizəddən ibarətdir.

 

​​​​​​Müşahidə Şurası üzvləri:

  • Hacı-İsmayılova Məryəm
  • Zeynalov Vüqar
  • Cəfərov Səməd
  • Usub Elçin
  • Mirzəyev Ruslan

İdarə Heyəti

Mediasiya Şurasının fəaliyyətinə cari rəhbərliyi həyata keçirir. İdarə Heyəti 3 mediatordan ibarətdir və Ümumi Yığıncaq tərəfindən seçilir.

 

Rəhbərlik:

İdarə Heyətinin sədri - Adilov Nadir Adil oğlu

İdarə Heyətininin üzvü - Nəbiyev Əli Tahir oğlu

İdarə Heyətininin üzvü - Allahverdiyev Yusif Asif oğlu

İntizam Komissiyası

Mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının fəaliyyəti ilə əlaqədar daxil olan şikayətlərlə bağlı müvafiq idarəetmə orqanına rəy təqdim edir.